
Fransa tərəfindən Ukraynaya bağışlanan “Mirage 2000” qırıcısının əməliyyat görüntüləri yayılıb.
“Poliqon” xəbər verir ki, bununla bağlı Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) “X” hesabında paylaşım edilib.
Paylaşımda Ukrayna HHQ-yə məxsus “Mirage-2000” qırıcısının ölkə səmasında X-101 qanadlı raketlərini zərərsizləşdirdiyi bildirilib.
Xatırladaq ki, Fransa ilk “Mirage 2000” qırıcısını bu ilin fevral ayında Ukraynaya təhvil verib.







