
Ukrayna Müdafiə Nazirliyi 100 ədəd “Vilxa” raketi sifariş verib
Ukrayna Müdafiə Nazirliyi “Luç” Kiyev Dövlət Konstruktor Bürosundan “Vilxa” (“Alder”) yaylım atəşli reaktiv sistemlərində (YARS) istifadə üçün 100 ədəd P624 indeksli raket sifariş verib.
“Poliqon” xəbər verir ki, bu barədə “Luç” Kiyev Dövlət Konstruktor Bürosunun baş direktoru Oleq Korostelyov bildirib.
Oleq Korostelyov “Vilxa” raketinin kütləvi istehsalına başlanıldığını və raketə yeni funksiyaların əlavə olunacağını da qeyd edib.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər