Ukrayna Müdafiə Nazirliyi “Spyder” yerüstü robot kompleksini kodlaşdırıb

Ukrayna Müdafiə Nazirliyi “Spyder” yerüstü robot kompleksini kodlaşdırıb

Ukrayna Müdafiə Nazirliyi “Spyder” yerüstü robot kompleksini kodlaşdırıb və Silahlı Qüvvələrin bölmələrində istismarına icazə verib.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “Spyder”, hərbçilərin praktiki döyüş təcrübəsi nəzərə alınmaqla ukraynalı mühəndislər qrupu tərəfindən hazırlanıb.

Kompleksin müxtəlif vəzifələri yerinə yetirmək üçün modifikasiyaları mövcuddur ki, bura da xüsusilə maddi-texniki dəstək və müəyyən mühəndislik tapşırıqlarının icrası daxildir.

“Spider” kompakt ölçülərə malikdir. Bu sayədə hərbi pikapın kuzovuna iki robot yerləşə bilir. Yerüstü robot kompleksininin çəkisi 50 kq-dən bir qədər artıqdır. Bununla belə, o, 100 kq-yə qədər faydalı yükləri daşıya bilir. Robot dörd mühərriklə təchiz edilib ki, bu da döyüş şəraitində onun hərəkətliliyini və dözümlülüyünü artırır.

Bu platformaların əsas xüsusiyyətləri onların manevr qabiliyyəti və idarə olunma sadəliyidir. Robotlar düşmənin radioelektron mübarizə vasitələrinin təsir zonasına daxil olsa belə işləyə, məhdud sahələrdə mürəkkəb manevrlər yerinə yetirə bilirlər. “Spider”, dik yamacları asanlıqla keçmək və meyilli vəziyyətdə hərəkət etmək qabiliyyətinə malikdir. Batareyaların enerjisi ona bir neçə saat fasiləsiz hərəkət üçün kifayət edir.

CATEGORIES