Ukrayna Silahlı Qüvvələri “Fırtına” və “Archer” ÖAQ-larının ölkəyə gəlməsini gözləyir

Ukrayna Silahlı Qüvvələri “Fırtına” və “Archer” ÖAQ-larının ölkəyə gəlməsini gözləyir

Ukrayna Silahlı Qüvvələrinin bölmələri tərəfindən hələ istifadə edilməyən “Archer” və “Fırtına” kimi yeni silah sistemlərinin ölkəyə gəlməsi gözlənilir.

“Poliqon” bildirir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksiy Qromov “Ukrinform” xəbər agentliyinə müsahibəsi zamanı deyib.

O vurğulayıb ki, Ukrayna bu yaxınlarda xaricdə istehsal olunan çoxlu artilleriya silahları alıb: “Bu günə olan məlumata görə, bunlar 10-dan çox müxtəlif növ artilleriya sistemləri (M777, FH-70, TRF-1, ACS PzH 2000, AHS Krab, Sezar, Zuzana, AS90, M109, M119, L119) və 5-dən artıq fərqli növ yaylım atəşli reaktiv sistemlərdir (M142 HIMARS, M270 MLRS, MARS-II, LRU, APS-40, RM-70).

Bu sistemlərdən hansının ən yaxşı olduğunu ayırd etmək yersizdir. Onların hər biri müxtəlif şəraitdə istifadə edilmək və müəyyən vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulub. Ümumiyyətlə, hər bir sistem ona verilən vəzifələrin öhdəsindən gəlir”.

Qeyd edək ki, həm Türkiyə istehsalı olan “Fırtına”, həm də İsveç istehsalı olan “Archer” 155 mm-lik özüyeriyən artilleriya qurğusudur (ÖAQ). Daha əvvəl İsveç “Archer” ÖAQ-ların Ukraynaya göndəriləcəyini açıqlasa da, Türkiyə “Fırtına”ların sözügedən ölkəyə tədarükü ilə bağlı məlumat paylaşmayıb.

Poliqon.az

CATEGORIES
TAGS