Ukrayna Silahlı Qüvvələrinin bölmələri TERMIT yerüstü robotları ilə gücləndirilir

Ukrayna Silahlı Qüvvələrinin bölmələri TERMIT yerüstü robotları ilə gücləndirilir

Ukrayna Müdafiə Nazirliyi yerli istehsal olan TERMIT yerüstü robot kompleksini kodlaşdıraraq, Silahlı Qüvvələrin bölmələrində istismarına icazə verib.

“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, TERMIT robotu tırtıllı şassiyə malikdir. Bu, kompleksin yeni iterasiyasıdır. Əvvəlki modelin bir çox nümunələri hazırda cəbhədə istifadə olunur. Onlardan, məsələn, logistika tapşırıqlarının yerinə yetirilməsi və düşmənin hərəkətlərinə nəzarət məqsədilə istifadə edilir.

Robot, həmçinin döyüş modulları daşıya bilən platforma kimi də tətbiq oluna bilər. Yeni versiya təkmilləşdirilmiş dinamik xüsusiyyətlərə malikdir və daha da inkişaf etdirilməsi üçün potensiala sahibdir.

TERMIT, 300 kiloqrama qədər yük daşıya bilir. Alçaq silueti, aşağı ağırlıq mərkəzi və tırtıllı şassisi sayəsində yerüstü robot, müxtəlif növ torpaq və səthlərdə, çətin keçilən yollarda, dik yamaclarda və s. ərazilərdə sərbəst hərəkət edə bilir. TERMIT-in akkumulyator tutumu ona bir neçə saat fasiləsiz işləməyə imkan verir ki, bu müddət ərzində də robot onlarla kilometr məsafə qət edə bilir.

Tapşırığa uyğun olaraq, TERMIT yerüstü robot kompleksi müxtəlif konfiqurasiyalarda hazırlanır. Bunlara tibbi təxliyə həyata keçirilməsi, logistika əməliyyatlarının icra edilməsi, əraziyə minaların yerləşdirilməsi, əlavə təchizatın daşınması və s. daxildir.

CATEGORIES
TAGS