Ukrayna Slovakiyadan ilk “Zuzana 2” ÖAQ-ları təhvil alıb

Ukrayna Slovakiyadan ilk “Zuzana 2” ÖAQ-ları təhvil alıb

Ukrayna Ordusu Slovakiyanın “Konstrukta-Defence” şirkətindən “Zuzana 2” özüyeriyən artilleriya qurğularının (ÖAQ) ilk partiyasını təhvil alıb.

“Poliqon” “sme.sk” saytına istinadən xəbər verir ki, bunlar şirkət tərəfindən Ukrayna Ordusuna tədarük edilməsi nəzərdə tutulan 16 ədəd “Zuzana 2”dən ilk ikisidir.

Şirkət yaxın aylarda digər “Zuzana 2”lərin partiyalar şəklində Ukrayna Ordusuna çatdırılmasına başlayacaq və gələn il bu prosesi yekunlaşdıracaq.

Qeyd edək ki, dəyəri 90 milyon avrodan çox olan layihə Norveç, Danimarka və Almaniya tərəfindən maliyyələşdirilir.

Poliqon.az

CATEGORIES
TAGS