Ukrayna və Almaniya şirkətləri “Linza” PUA-nın istehsalını genişləndirir

Ukrayna və Almaniya şirkətləri “Linza” PUA-nın istehsalını genişləndirir

“Build with Ukraine” təşəbbüsü çərçivəsində Ukraynanın “Frontline Robotics” və Almaniyanın “Quantum Systems” şirkətləri “Linza” pilotsuz uçuş aparatının (PUA) istehsalını genişləndirir.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “Linza” PUA-sı rəqəmsal zum funksiyasına malik girostabilizasiya olunmuş kamera ilə təchiz edilib və 10 km-ə qədər məsafəyə 2 kq faydalı yük daşıya bilir.

PUA-nın əsas vəzifələri ərazini minalamaq, düşmənin canlı qüvvəsini və texnikasını məhv etməkdir. Həmçinin texniki xüsusiyyətləri sayəsində bu PUA Müdafiə Qüvvələrinə taktiki kəşfiyyat imkanlarını gücləndirmək üçün də əlavə üstünlüklər təqdim edir. Xarici (çıxarıla bilən) antenna operatora dronu birbaşa sığınacaqdan idarə etməyə imkan verir.

Xatırladaq ki, Ukraynanın müdafiə naziri Denis Şmiqal almaniyalı tərəfdaşlarla ümumi dəyəri 1.2 milyard avrodan çox olan bir sıra yeni mühüm razılaşmaların imzalandığını açıqlayıb.

İlk növbədə, Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya kansleri Fridrix Merts arasındakı razılaşmalar nəticəsində, Almaniya gələn il Ukraynaya dəstək məqsədilə 11.5 milyard avro ayırmağı öhdəsinə götürüb.

CATEGORIES
TAGS