
Ukraynanın “Luç” Konstruktor Bürosu tərəfindən istehsal edilmiş yeni “yer-yer” tipli raketin testləri keçirilir.
“AzeriDefence”nin məlumatına görə, bu barədə Ukrayna mediası məlumat yayıb.
Yeni raketin mənzilinin 90 km-dək olduğu bildirilir.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksandr Turçinovun sözlərinə görə, indiyədək keçirilmiş bütün raket buraxılışları uğurlu alınıb.
“Luç” Konstruktor Bürosu dekabrın 12-də yeni raketinin test atışını əks etdirən videonu da yayımlayıb.



