Xəbərlər

Ukraynada öldürülən Rusiya hərbçilərinin sayı 9 minə çatıb

Ukrayna döyüşlərdə Rusiya Silahlı Qüvvələrinin məhv edilən silah və texnikalarının, eləcə də həlak olan hərbi qulluqçularının yeni sayını açıqlayıb.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 30 təyyarəsini, 31 helikopterini, 217 tankını, 900 zirehli texnikasını, 374 hərbi avtomobilini, 90 artilleriya qurğusunu, 3 pilotsuz uçuş aparatını, 11 hava hücumundan müdafiə sistemini, 42 yayılım atəşli reaktiv sistemini, 60 yanacaq sisternini və 2 gəmi/qayığını məhv edib.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin daha əvvəlki məlumatında Rusiya Silahlı Qüvvələrinə məxsus 74 topun və 1 “Buk” ZRK-nin də zərərsizləşdirildiyi bildirilib.

Nazirliyin məlumatına görə, indiyədək Rusiya Ordusunun 9 min nəfərə yaxın hərbiçisi öldürülüb və 200 nəfərdən çox hərbçisi əsir götürülüb.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button