
Ukraynanın “Ukraynskaya bronya” şirkəti ABŞ prezidenti Donald Tramp üçün zirehli kostyum hazırlamaq istədiyinə dair təkliflə çıxış edib.
“AzeriDefence”nin Ukraynanın “Milli Sənaye Portalı”na istinadən verdiyi məlumatına görə, şirkətin belə təkliflə çıxış etməsinə səbəb Trampa qarşı sui-qəsd olacağına dair yayılan xəbərlər olub.
Şirkət təklif edib ki, istənilən zövqə uyğun zirehli kostyumlar hazırlaya bilər və bu da prezidenti atıcı silahların hücumundan, o cümlədən qəlpələrdən qoruya bilər.
ABŞ hökumətindən isə təklifə hələ ki, heç bir reaksiya verilməyib.





