Xəbərlər

Ukraynanın şərqində döyüşlər intensivləşəcək – RƏSMİ

Rusiya Silahlı Qüvvələri tərəfindən fevralın 24-də Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə davam edir.

“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin qırx səkkizinci gününün xronikasını təqdim edir.

Aprelin 12-də Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarında bildirilib ki, yaxın 2-3 həftə ərzində Ukraynanın şərqində döyüşlər intensivləşəcək, çünki Rusiya öz səylərini orada cəmləməyə davam edir.

Ukrayna Müdafiə Nazirliyi bildirib ki, Rusiya ordusu texnika və canlı qüvvələrini yaşayış evlərinə yerləşdirirlər. Bu isə beynəlxalq humanitar hüquq normalarının pozulmasıdır. Qeyd olunub ki, Volın və Polissiya istiqamətlərində Rusiya qoşunlarının hərəkətlərində dəyişiklik yoxdur.

Rusiya şimal istiqamətində ayrı-ayrı bölmələrin şərq əməliyyat zonasına yeridilməsini başa çatdırıb. Mərkəzi Hərbi Dairənin 41-ci Ümumqoşun Ordusunun bölmələri Belqorod və Voronej vilayətlərindəki rayonlara köçürülür. Sloboda istiqamətində Xarkov şəhərinin qismən mühasirəsi davam edir.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, Rusiya qüvvələri gələcəkdə Donetsk vilayətinin inzibati sərhədlərinə çatmaq üçün Mariupol şəhərini ələ keçirməyə, Popasnanı tutmağa və Kuraxove istiqamətində hücuma keçməyə çalışacaq. Qara və Azov dənizlərinin sularında Rusiyaya aid hərbi dəniz qrupları döyüş əməliyyatlarının aparıldığı ərazinin təcrid olunması, kəşfiyyat və quru bölmələrinin atəşə tutulması ilə bağlı tapşırıqları yerinə yetirməkdə davam edir. Onların raket silahlarından istifadə təhlükəsi hələ də qalmaqdadır.u2 4

Ukraynanın “Şərq” əməliyyat-taktiki qrupu ölkənin Donetsk və Luqansk vilayətləri ərazisində Rusiya qoşunlarının 6 hücumu dəf edilib. Ukrayna Ordusunun bölmələri tərəfindən bu ərazilərdə Rusiya ordusunun 4 tank, 5 zirehli texnika, 26 avtomobil və 8 artilleriya sistemini vurduğu bildirilib.

Ümumilikdə, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 157 təyyarəsini, 140 helikopterini, 732 tankını, 1946 zirehli texnikasını, 1406 hərbi avtomobilini, 349 artilleriya qurğusunu, 124 PUA-sını, 63 hava hücumundan müdafiə sistemini, 111 yayılım atəşli reaktiv sistemini, 25 xüsusi nəqliyyat vasitəsini, 76 yanacaq sisternini və 7 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 19600 nəfər hərbiçisi öldürülüb.

Ukrayna qüvvələri Rusiya Quru Qoşunlarının 42-ci motoatıcı qvardiya diviziyasının 291-ci motoatıcı alayına ağır zərbələr endirib. Belə ki, alayda xidmət edən polkovnik-leytenat Dibir Dibirov Ukrayada hərbi əməliyyatlar nəticəsində ölüb. BBC-nin məlumatın görə, aprelin 6-dək Ukraynada aralarında kiçik rütbəli zabitlər və generallar da olmaqla, Rusiyanın 1 083 zabiti ölüb. Onlarda yalnız 217-sinin kimliyi müəyyənləşib.

Rusiyanın hərbi əməliyyatları nəticəsində Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində azı 10 min dinc sakin ölüb. Qeyd edək ki, Mariupol hazırda mühasirə vəziyyətindədir.

Rəsmi məlumata görə, Rusiya Finlandiya ilə sərhədə ağır hərbi texnika toplayır.

u1 3Rusiyanın hücumları Ukraynanın Donetsk və Luqansk yaxınlığındakı mövqelərinə yönəlib. Xerson və Nikolayev ətrafında döyüşlər davam edib, həmçinin Kramatorskya yenidən hücum edilib. Rusiya qüvvələri Ukraynanın şərqindəki əməliyyatlara dəstək vermək üçün Belarusdan geri çəkilməyə davam edib.

Rusiya Ukraynanın şərq sərhədlərinin yaxınlığındakı aerodomlara hava qüvvələrinin köçürülməsini başa çatdırmağa çalışır.

Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 130 təyyarəsi, 99 helikopteri, 244 zenit-raket kompleksi, 241 yayılım atəşli reaktiv sistemi, 445 PUA-sı, 2153 tank və digər zirehli döyüş maşınları, 2063 xüsusi nəqliyyat vasitəsi, 924 artilleriya qurğusu və minaatanı məhv edilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button