Xəbərlər

Ukraynaya ümumilikdə 1,5 milyard dollarlıq hərbi yardım çatdırılıb

Rusiya ilə sərhəddə vəziyyətin gərginləşməsi fonunda tərəfdaş ölkələr Ukraynaya ümumilikdə 1,5 milyard dollar dəyərində hərbi yardım çatdırıblar.

“Poliqon” “Ukrinform” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal hökumətin iclasında deyib.

Baş nazir bildirib ki, daha bir sıra ölkələr hərbi və maliyyə yardımı təqdim etmək imkanlarını nəzərdən keçirirlər.

Poliqon.az

Back to top button