Xəbərlər

“Ukroboronprom” cari ildə 36 ölkə ilə ixrac müqaviləsi bağlayıb

Ukraynanın “Ukroboronprom” Dövlət Konserninin xüsusi ixracatçı şirkətləri – “Spetstechnoexport”, “Ukrspetsexport”, “Ukrinmash”, “Proqres” və “Ukroboronservice” 2020-ci ilin birinci yarısında 36 ölkə ilə ümumi dəyəri 142 milyon dollar olan 140-a yaxın ixrac müqaviləsi bağlayıb.

Bu barədə Azeri Defence saytı “Ukroboronprom” Dövlət Konserninin mətbuat xidmətinə istinadən məlumat verib.

İlin birinci yarısında “Ukroboronprom”un xüsusi ixracatçı müəssisələrinin xarici ölkələrə ixrac etdiyi silah-sursat və hərbi texnikanın ümumi həcmi təqribən 145 milyon ABŞ dolları təşkil edib. Habelə cari ildə ixrac-idxal müqavilələrinin ümumui dəyəri 154 milyon ABŞ dolları civarındadır.

Ukrayna hərbi məhsullarının əsas idxalçı ölkələri sırasında ilk 10 ölkə Çin, Türkiyə, Pakistan, Hindistan, İordaniya, Vyetnam, Azərbaycan, Əlcəzair, Mərakeş, Efiopiyadır.

 

 

 

Back to top button