Uruqvay HHQ əlavə “Bell-212” helikopteri alacaq

Uruqvay HHQ əlavə “Bell-212” helikopteri alacaq

Bu ilin sonuna qədər Uruqvay Silahlı Qüvvələri Qlobal Sülh Əməliyyatları Təşəbbüsü (GPOI) proqramı çərçivəsində əlavə bir ədəd “Bell-212” helikopteri alacaq.

“Poliqon” xəbər verir ki, bu barədə Uruqvayın milli müdafiə naziri Javier Garcia bildirib.

Uruqvay Silahlı Qüvvələri 40 ildir “Bell-212” helikopterlərini istismar edir. Son vaxtlara qədər Uruqvay Hərbi Hava Qüvvələrində (HHQ) 4 ədəd “Bell-212” helikopteri var idi. Onlardan biri 2021-ci ilin martında qəzaya uğrayıb. İki “Bell-212” helikopteri Birləşmiş Millətlər Təşkilatının (BMT) Konqo Demokratik Respublikasındakı URUAVU (Uruguayan Aviation Unit) missiyasını dəstəkləmək üçün istifadə olunur. Dördüncü helikopter isə nasazlıq səbəbindən uçuşları yerinə yetirə bilmir.

Məlumat üçün onu bildirək ki, ABŞ Dövlət Departamenti tərəfindən beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak edən ölkələrə yardım məqsədi ilə GPOI proqramı həyata keçirilir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS