Xəbərlər

Vaqif Dərgahlı: Azərbaycan Ordusu heç vaxt yaşayış məntəqələrini atəşə tutmur

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.

“Azeri Defence”nin məlumatına görə, V. Dərgahlı bu cür məlumatları erməni tərəfinin uydurması və dezinformasiya adlandırıb: “Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondur Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb”.

Back to top button