Veteranlar Təşkilatının üzvləri İkinci Şəhidlər Xiyabanını ziyarət edib

Veteranlar Təşkilatının üzvləri İkinci Şəhidlər Xiyabanını ziyarət edib

27 sentyabr –Anım Günü ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir qrup üzvü Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında İkinci Şəhidlər Xiyabanını ziyarət edib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, şəhid məzarlarına gül dəstələri qoyan veteranlar vətənin azadlığı uğrunda mübarizədə həlak olan qəhrəmanların ruhuna dualar oxuyub, onların əziz xatirəsini ehtiram hissi ilə yad edib.

Veteranlar və azyaşlı məktəblilər qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov, vətənimizin bütövlüyü və təhlükəsizliyinə görə ilk növbədə şəhidlərimizə borclu olduğunu bildirib, onların gənc nəslə tanıdılması, göstərdikləri qəhrəmanlıqların təbliğinin bundan sonra da daim diqqətdə saxlanılacağını qeyd edib.

Dövlətimizin şəhid ailələrinə, veteranlara hər zaman diqqət və qayğı göstərdiyini vurğulayan polkovnik Cəlil Xəlilov buna görə Prezident İlham Əliyevə təşəkkür edib, bütün veteranlar adından minnətdarlığını bildirib.

CATEGORIES