“Vixr-1” raketlərinin yeni partiyası Rusiya Silahlı Qüvvələrinə təhvil verilib

“Vixr-1” raketlərinin yeni partiyası Rusiya Silahlı Qüvvələrinə təhvil verilib

“Kalaşnikov” konserni 2025-ci ilin dövlət müdafiə sifarişi çərçivəsində istehsal etdiyi “Vixr-1” tank əleyhinə idarə olunan raketlərin növbəti partiyasını Rusiya Silahlı Qüvvələrinə təhvil verib.

“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, sifarişçiyə çatdırılmazdan əvvəl raketlərə nəzarət-uçuş sınaqları keçirilib və onların müqavilənin tələblərinə tam uyğunluğu təsdiqlənib.

“Hava-yer” tipli “Vixr-1” tank əleyhinə idarə olunan raketi düşmənin hərəkətli və hərəkətsiz yerüstü hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Raketin maksimum uçuş məsafəsi 10 kilometrə qədər və sürəti 600 m/saniyədir. “Vixr-1”in əsas daşıyıcısı Ka-52 “Alligator” kəşfiyyat-hücum helikopterləridir.

Bundan əlavə, bu raketlərlə təchiz olunmuş Ka-52 “Alligator” kəşfiyyat-hücum helikopterləri tandem kumulyativ döyüş başlığı sayəsində helikopterləri, pilotsuz uçuş aparatlarını, düşmənin möhkəmləndirilmiş istehkamlarını, dayaq məntəqələrini, atəş nöqtələrini və canlı qüvvəsini də məhv edə bilir.

Qeyd edək ki, bu raketlər 2015-ci ildən Rusiya Silahlı Qüvvələrinin inventarında yer almaqdadır.

CATEGORIES