ABŞ 5 milyard dollar dəyərində F-16 qırıcılarının Filippinə satışını təsdiqləyib

ABŞ 5 milyard dollar dəyərində F-16 qırıcılarının Filippinə satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti 5.58 milyard dollar dəyərindəki F-16 qırıcılarının Filippinə satışını təsdiq edib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, sifarişə 16 ədəd F-16 C Blok 70/72 ilə 4 ədəd F-16 D Blok 70/72 qırıcısının, lazımi avadanlıqların, “hava-hava” raketlərinin, təlim dəstlərinin və s. satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sifarişin əsas podratçısı ABŞ-ın “Lockheed Martin” şirkəti olacaq.

CATEGORIES