Xəzər dənizində xilasetmə işləri həyata keçirilib

Xəzər dənizində xilasetmə işləri həyata keçirilib

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Komandanlığı Xəzər dənizində üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsini davam etdirir.

DSX-nin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, fevral ayının 19-da Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında Rusiya bayrağı altında üzən “POLA ANFİSA” yük gəmisinin kapitanı Zhelyazkov Andrey Stepanoviçin səhhətində ciddi problem yaranması ilə bağlı Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Sərhəd Nəzarəti Komandanlıqlarına məlumat daxil olub.

Dərhal təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi müəyyən edilmiş koordinatlar üzrə hərəkətə keçmiş və operativ şəkildə Rusiyanın yük gəmisi olan əraziyə çatıb.

Peşəkar və sürətli müdaxilə nəticəsində yük gəmisinin kapitanı sərhəd gəmisinə təxliyə olunmuş, ilkin tibbi yardım göstərildikdən sonra təhlükəsiz şəraitdə Zirə Limanına çatdırılaraq tibbi yardım briqadasının müşayiəti ilə M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

2 dd135f0138d95758009e8b440bd35245 scaled 3 b82ad886bb96ca0612498101b94a6d81 scaled

CATEGORIES