Xəzərdə dövlət sərhədini pozan İraq vətəndaşı saxlanılıb

Xəzərdə dövlət sərhədini pozan İraq vətəndaşı saxlanılıb

Azərbaycanın dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi sahəsində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, avqust ayının 1-də saat 04:30-da DSX-nin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinin cənub hissəsində sahildən 1.8 mil məsafədə İran şimal istiqamətinə hərəkət edən naməlum hədəf aşkar olunub.

Aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb.

Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində kiçik həcmli üzmə vasitəsilə dövlət sərhədini pozmaqla Azərbaycan ərazisinə keçməyə cəhd göstərən 1 nəfər İraq vətəndaşı 1992-ci il təvəllüdlü Mahdi Salih Fayzi saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

CATEGORIES