“Xijak” döyüş modulunun Ukrayna Silahlı Qüvvələrində istismarına icazə verilib

“Xijak” döyüş modulunun Ukrayna Silahlı Qüvvələrində istismarına icazə verilib

Ukrayna Müdafiə Nazirliyi yerli istehsal olan “Xijak” (“Yırtıcı”) uzaqdan idarə edilən döyüş modulunu kodlaşdırıb.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, kodlaşdırılan döyüş modulunun Silahlı Qüvvələrdə istismarına icazə verilib.

Qeyd edilib ki, “Yırtıcı” döyüş modulu həm stasionar, həm də mobil platformada istifadə edilə bilər. Onun üzərində quraşdırılmış 7.62 mm-lik pulemyotlar sovet tipli və ya NATO standartlarına uyğun döyüş sursatlarından istifadə edə bilər. Yerüstü və hava hədəflərinə atəş aça bilən “Yırtıcı” modulu, təchiz edildiyi stablizasiya sisteminin sayəsində hərəkətdə olarkən də dəqiq atəş açmaq bacarığı təmin edir.

CATEGORIES
TAGS