Xocavənddə Ermənistan Silahlı Qüvvələrinə məxsus helikopterin qalıqları aşkarlanıb
Bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus “Mİ-8” helikopterinin qalıqları aşkar edilib.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus “Mİ-8” helikopteridir.
CATEGORIES Xəbərlər
TAGS Müdafiə Nazirliyi