Xocavənddə mina hadisəsi baş verib

Xocavənddə mina hadisəsi baş verib

2022-ci 2 oktyabr tarixində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib.

Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, hadisə nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət alıb.

“Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə ANAMA-dan bildirilib.

Poliqon.az

CATEGORIES