Xocavənddə silah-sursat aşkarlanıb

Xocavənddə silah-sursat aşkarlanıb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə “Poliqon”a DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının işğaldan azad edilmiş rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 2 pulemyot, 1 avtomat, 1 snayper tüfəngi, 1 ov tüfəngi, 2 qumbara və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.

49ca38dd 0c8f 3216 aac6 903d7c20f841 e1680256881753

Poliqon.az

CATEGORIES