Xüsusi təyinatlılar şərti düşmənin HHM sistemini sıradan çıxarıb – FOTO/VİDEO

Xüsusi təyinatlılar şərti düşmənin HHM sistemini sıradan çıxarıb – FOTO/VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) taktiki-xüsusi təlim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, təlimdə təxribata hazırlaşan şərti düşmənin hava hücumundan müdafiə (HHM) sistemi sıradan çıxarılıb.

Təlimin senarisinə əsasən xüsusi təyinatlı qruplara strateji obyektləri və hava məkanını hədəf alan şərti düşmənin HHM sisteminin məhv edilməsi  tapşırığı verilib.

Tapşırığı almış xüsusi təyinatlı qruplar terrorçuların məskən saldığı yaşayış məntəqəsinə həmlə ediblər.

Terror fəaliyyətlərinin gücləndirilməsi üçün köməyə gələn şərti düşmənin şəxsi heyətlə dolu hərbi texnikaları pusquya salınaraq sıradan çıxarılıb.

Real döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə keçirilən təlimdə yaxın məsafəli döyüş elementləri yerinə yetirilib.

Şərti düşmənin HHM sisteminin idarəetmə məntəqəsini və döyüş heyətlərini zərərsizləşdirən xüsusi təyinatlılar terror qruplaşmasının zenit-raket kompleksini partlayış üsulu ilə məhv ediblər.

ƏÜO komandanı general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimin sonunda şəxsi heyətin terrorla mübarizə vərdişləri yüksək qiymətləndirilib, təlimdə iştirak edən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib.

1 3

2 4

3 3

4

5

6

7

Poliqon.az

CATEGORIES
TAGS