
Rusiya HDQ komandanı açıqladıXəzəryanı dövlətlərin Hərbi-Dəniz Qüvvələri Komandanları Komitəsinin yaradılması üzrə işlər aparılır.
“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı Viktor Çirkov “Xəzər Dənizi-2015” turnirinin açılış mərasimində bildirib.
Admiralın sözlərinə görə, bununla bağlı iyulun əvvəlində Sankt-Peterburq şəhərində keçirilmiş İMDS-2015 beynəlxalq dəniz sərgisi çərçivəsində birinci işçi görüşü keçirilib.
“Cari ilin sonuna qədər Xəzəryanı ölkələrin HDQ komandanları ilə növbəti görüş planlaşdırılır”, – deyə V. Çirkov bildirib.



