Yak-152 təlim təyyarəsinin dövlət sınaqları tamamlanıb
Rusiyanın “Yakovlev” şirkəti tərəfindən inkişaf etdirilən yeni Yak-152 təlim təyyarəsinin dövlət sınaqları tamamlanıb.
“Poliqon” “RİA Novosti”yə istinadən xəbər verir ki, dövlət sınaqları zamanı təyyarənin əsas uçuş xüsusiyyətləri yoxlanılaraq təsdiq edilib.
Qeyd edək ki, Yak-152 təlim təyyarəsi Rusiya Hava-Kosmik Qüvvələrinin pilotlarının ilkin hazırlığı üçün istifadə olunacaq.