
Yeni BMP-3-lər Rusiya Müdafiə Nazirliyinə təhvil verilib
“Yüksək Dəqiqlikli Komplekslər” holdinqi (“Rоstex” Dövlət Korporasiyasına daxildir) BMP-3 piyada döyüş maşınlarının (PDM) yeni partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.
“Poliqon” “Yüksək Dəqiqlikli Komplekslər”ə istinadən xəbər verir ki, yeni BMP-3-lər çoxkomponentli əlavə mühafizə dəstləri və elektron müharibə sistemləri ilə təchiz edilib.
İstehsalçının bildirdiyinə görə, yeni sistemlərin tətbiqi sayəsində bu piyada döyüş maşınları daha mobil və yaxşı qorumaya sahib olub.
““Yüksəklik Dəqiqlikli Komplekslər”in PDM-ləri döyüş bölgəsində ən çox istifadə olunan və ən tələb olunan texnikadır. Rusiya hərbçiləri bu texnikanı mobilliyi, yüksək atəş gücü və ən çətin şəraitdə belə istifadəsinin asan olması səbəbindən yüksək qiymətləndirirlər. Mükəmməl işlənmiş modernizasiya sistemi sayəsində BMP-lər hərbçilərin tələb etdiyi yeni imkanlara malik olur”, – deyə “Rostex” Dövlət Korporasiyasının silah, sursat və xüsusi kimyəvi maddələr klasterinin sənaye direktoru Bekxan Ozdoyev vurğulayıb.

