Yeni “Lancet” süzən sursatının xüsusiyyətləri açıqlanıb
“Kalaşnikov” konserninin tərkibindəki “Zala Aero Group” şirkəti tərəfindən hazırlanan yeni “Lancet” süzən sursatının xüsusiyyətləri açıqlanıb.
“Poliqon” xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalına müsahibəsi zamanı “Zala Aero Group” şirkətinin baş konstruktoru Aleksandr Zaxarov danışıb.
O, yeni nəsil “Lancet” süzən sursatının düşmənin antidron sistemlərinin müdaxilələrinə qarşı daha effektiv olacağını bildirib.
Baş konstruktor vurğulayıb ki, süzən sursat istifadəsinin rahatlığına görə xüsusilə seçilir: ““Lancet” operatoru əmr verir, məsələn: “Yalnız zireh”. Bundan sonra operatorun təyin etdiyi ərazidə zirehli texnika və ya top artilleriyasını məhv etmək üçün süzən sursat özü hədəf seçir. Bununla belə, hədəf seçərkən, təkmilləşdirilmiş süzən sursat prioriteti rəhbər tutacaq.
Yəni o, xüsusi olaraq “zireh” və ya top artilleriyasını axtarır. Ancaq “Lancet”in mühasibatlıqdan hava hücumundan müdafiə sistemlərinin və radarların daha bahalı olduğunu bildiyinə dair işarəsi var, ona görə də tank və radarı eyni anda görsə, o zaman onun seçimi radar olacaq. Və bütün bunlar artıq sınaqdan keçirilib”.