Yeni nəsil “Agni Prime” ballistik raketinin növbəti atış sınağı yerinə yetirilib
Hindistanın Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) ölkənin Strateji Qüvvələr Komandanlığı ilə birlikdə yeni nəsil “Agni Prime” ballistik raketinin növbəti atış sınağını yerinə yetirib.
“Poliqon” DRDO-ya istinadən xəbər verir ki, sınaq zamanı “Agni Prime” raketi Hindistanın Odişa sahillərində yerləşən Abdul Kalam adasından buraxılıb.
Xatırladaq ki, bundan əvvəl 2021-ci ilin oktyabr ayında DRDO tərəfindən hazırlanmış 5000 km mənzilli “Agni-5” qitələrarası ballistik raketi sınaqdan keçirilib.