
Hindistan Ordusuna məxsus 693 ədəd BMP-2 piyada döyüş maşınının (PDM) silah sistemləri BMP-2M səviyyəsinə yüksəldiləcək.
Bu barədə “Poliqon” Hindistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.
Bildirilib ki, BMP-2-lərin təkmilləşdirilməsini Hindistanın “Armoured Vehicles Nigam Limited” (AVNL) şirkəti həyata keçirəcək.
Təkmilləşdirmə nəticəsində döyüş maşın komandirinin ətraf mühit məlumatlılığı artırılacaq və tuşlayıcı-operatorun nişanalma qabiliyyəti yaxılaşdırılacaq. Bundan başqa, PDM-lər atəşi idarəetmə, gecəgörmə və avtomatik hədəf izləmə sistemləri ilə təchiz olunacaq.
Qeyd edilib ki, təkmilləşdirmə zamanı Hindistanın müdafiə sənayesi tərəfindən yerli şəkildə dizayn və istehsal olunun məhsullardan istifadə ediləcək.




