Yeni PUA-larla BƏƏ Silahlı Qüvvələrinin ISR və logistika imkanları artırılır

Yeni PUA-larla BƏƏ Silahlı Qüvvələrinin ISR və logistika imkanları artırılır

EDGE şirkətlər qrupu Biləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyinə ümumilikdə 200 ədəd helikopter tipli HT-100 və HT-750 pilotsuz uçuş aparatları (PUA) tədarük edəcək.

“Poliqon” EDGE-yə istinadən xəbər verir ki, bununla bağlı UMEX-2024 sərgisi çərçivəsində tərəflər arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, PUA-ların istehsalı ilə EDGE-nin İsveçrədəki ANAVIA şirkəti məşğul olacaq.

Qeyd edək ki, yığcam HT-100 və ondan daha böyük olan HT-740 ISR və logistika missiyaları üçün ANAVIA şirkəti tərəfindən hazırlanıb.

CATEGORIES