Yeni tip sürətli desant gəmiləri ASELSAN-ın döyüş sistemləri ilə təchiz olunacaq
Türkiyənin ASELSAN və “Anadolu Deniz İnşaat Kızakları Sanayi ve Ticaret A.Ş.” şirkətləri arasında yeni tip sürətli desant gəmiləri üçün döyüş sistemlərinin tədarükü ilə bağlı 32 milyon avro dəyərində müqavilə imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.
Qeyd olunub ki, sözügedən müqavilə çərçivəsində ASELSAN tərəfindən döyüş sistemlərinin tədarükü 2025-2026-cı illər ərzində həyata keçiriləcək.