SərgilərXəbərlər

Yeni TUNGA-X tutucu dronu ilk dəfə təqdim olundu

STM şirkətinin aşağı qiymətli kamikadze PUA təhdidlərinə qarşı inkişaf etdirdiyi TUNGA-X tutucu dronu ilk dəfə SAHA 2026 sərgisində təqdim olunub.

“Poliqon” xəbər verir ki, TUNGA-X tutucu dronu çoxrotorlu arxitekturası sayəsində dar məkanlardan və ya hərəkətli platformalardan havaya vertikal şəkildə qalxa bilir.

STM-in süni intellekt və avtonomiya sahəsindəki imkanlarının tətbiq olunduğu TUNGA-X həm mexaniki, həm də avtonom rejimdə uça bilir və görüntü emalı əsaslı avtonom hədəf izləmə xüsusiyyəti ilə seçilir.

Dronun iş prinsipi radarların aşkarladığı PUA təhdidlərinin zərərsizləşdirilməsinə yönəlib. Belə ki, radar tərəfindən 10 km məsafədən aşkar edilən bir təhdid elementi dərhal TUNGA-X-ə ötürülür. 300 km/saat uçuş sürətinə malik tutucu dron ehtimal edilən yaxınlaşma dəhlizinə sürətlə yönələrək, hədəfi gecə-gündüz EO/IR kamera vasitəsilə təsdiqləyir və yaxınlaşma partlayıcılı mexanizmi ilə havada zərərsizləşdirir.

TUNGA-X STM mühəndisləri tərəfindən elə dizayn edilib ki, o, tapşırıq ləğv olunduğu halda təhlükəsiz şəkildə geri qayıda bilir. Həm şəhər daxilində, həm də kənd ərazilərində yerləşdirilə bilən Türkiyənin bu “ovçu dronu” müxtəlif daşıyıcı platformalara inteqrasiya edilə bilən modul quruluşa sahibdir.

Back to top button