Yunanıstan ABŞ-dan F-35 döyüş təyyarələri alır

Yunanıstan ABŞ-dan F-35 döyüş təyyarələri alır

ABŞ Dövlət Departamenti 8.6 milyard dollar dəyərindəki 5-ci nəsil F-35 döyüş təyyarələrinin Yunanıstana satışını təsdiq edib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, sifarişə 40 ədəd F-35 döyüş təyyarəsinin (adi qalxış və eniş (CTOL) versiyada) və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sifarişin əsas podratçıları ABŞ-ın “Lockheed Martin” və “Pratt & Whitney” şirkətləri olacaq.

Qeyd olunub ki, F-35-lər, Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus F-4 və “Mirage 2000” kimi digər köhnəlmiş təyyarələri əvəz edəcək.

CATEGORIES
TAGS