Zakir Həsənov: Ali Baş Komandanın Ordumuzun gücünü qeyd etməsi şəxsi heyəti daha da ruhlandırır
Ali Baş Komandanın Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını bir daha qeyd etməsi şəxsi heyəti daha da ruhlandırır və istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır.
“Poliqon”un məlumatına görə, bunu keçirilən xidməti müşavirə zamanı Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
General-polkovnik Z.Həsənov qoşun xidmətinin təşkilinə, şəxsi heyətin döyüş hazırlığı və fərdi peşəkarlığına xüsusi diqqət yetirilməsi ilə bağlı aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
Sonda müdafiə naziri döyüş növbətçiliyinin aparılması, eləcə də gündəlik xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunması və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin hər zaman yüksək səviyyədə saxlanılması barədə müvafiq göstərişlər verib.