MüdafiəXəbərlər

Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub

Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bir sıra hərbi obyektlərdə olub.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, səfər proqramına uyğun olaraq, müdafiə naziri Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani və Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvili ilə birlikdə mayor Gela Çedia adına Xüsusi Əməliyyatlar Komandanlığının Muxrovanidəki bazasında olub.

Hərbi baza barədə ətraflı məlumat verildikdən sonra Azərbaycan nümayəndə heyəti burada yaradılan şəraitlə tanış olub və silahlara baxış keçirib.

48319c6644f0299ea7431256e89305ae

5ebeccea04b410fcf60eac7acf2d50ce

49e06d38d7cdad60c145c4574968e5b4

9629b6c63d3ffe067f69ae8c28862ce1

228ca9963920818243629b4585d658a2

Back to top button