
Zakir Həsənov İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin həlak olması ilə bağlı başsağlığı verib
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı mesajı ünvanlayıb.
Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, başsağlığında deyilir:
“İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması xəbəri məni dərindən kədərləndirdi.
Şəxsən tanıdığım, hər zaman öz peşəkarlığı və xoş münasibəti ilə seçilən Məhəmməd Bağeri xoş xatirələrlə yadda qalacaq.
Mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.
Allah rəhmət eləsin”.