Zakir Həsənov NATO-nun nümayəndə heyətinə dövlət sərhədində hazırkı vəziyyətlə bağlı məlumat verib

Zakir Həsənov NATO-nun nümayəndə heyətinə dövlət sərhədində hazırkı vəziyyətlə bağlı məlumat verib

Oktyabrın 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahın Kooperativ Təhlükəsizlik İdarəsinin rəisi general-mayor Françesko Diellanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Müdafiə naziri Vətən müharibəsindən sonra azad edilən ərazilərdə Azərbaycan Ordusu tərəfindən görülən işlər barədə və dövlət sərhədində hazırkı vəziyyətlə bağlı qonaqlara ətraflı məlumat verib.

F.Diella NATO-nun Azərbaycan ilə əməkdaşlığın cari vəziyyətindən, bu sahədə əldə edilən müsbət nəticələrdən məmnunluğunu bildirib, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

nato 1

Poliqon.az

CATEGORIES
TAGS