Zakir Həsənov: Türkiyə ilə birgə istehsal müəssisələrinin yaradılmasına çalışacağıq

Zakir Həsənov: Türkiyə ilə birgə istehsal müəssisələrinin yaradılmasına çalışacağıq

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə arasındakı yüksək səviyyəli münasibətlərin bariz nümunəsidir.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Konyada keçirilən “Anadolu Qartalı-2023” təlimi çərçivəsində təşkil olunan brifinqdə deyib.

O bildirib ki, Azərbaycan və Türkiyənin müdafiə nazirlikləri birlikdə bir sıra layihələr həyata keçirib: “Bundan sonra da birgə istehsal müəssisələrinin yaradılmasına çalışacağıq. Türkiyə müdafiə sənayesinin son illərdə dünya miqyasında əldə etdiyi uğurlar bizi də sevindirir. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən TEKNOFEST-də bəzi silahların yaxın zamanlarda ölkəmizdə istehsal olunacağını açıqlamışdı”.

“Vətən müharibəsi iki qardaş xalq arasında münasibətlərin hansı səviyyədə olduğunu bir daha sübut etdi. Biz dünyaya göstərdik ki, ən çətin anlarda bir-birimizin yanındayıq”, – deyə general-polkovnik Zakir Həsənov qeyd edib.

Poliqon.az

CATEGORIES