Zakir Həsənov Türkiyənin Quru Qoşunları məktəbinin buraxılış mərasimində iştirak edir – FOTOLAR

Zakir Həsənov Türkiyənin Quru Qoşunları məktəbinin buraxılış mərasimində iştirak edir – FOTOLAR

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyədə işgüzar səfəri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov növbəti buraxılış mərasimində iştirak etmək üçün Türkiyənin Quru Qoşunları Ali Hərbi Məktəbinə gəlib.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun və digər rəsmilərin də iştirak etdiyi tədbirdən öncə məktəbin “Şəhidlər qapısı”nda azərbaycanlı və türkiyəli şəhid məzunlarının adları əks olunan lövhələrin qarşısında xatirə fotosu çəkdirilib.

Təntənəli mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək məzunları buraxılış münasibətilə təbrik edib.

CATEGORIES