Zakir Həsənov və ABŞ müdafiə katibinin müavini arasında telefon danışığı olub

Zakir Həsənov və ABŞ müdafiə katibinin müavini arasında telefon danışığı olub

İyunun 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini Kolin Kahlın təşəbbüsü ilə telefon danışığı olub.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tərəflər iki ölkə arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin Azərbaycan və ABŞ arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

Poliqon.az

CATEGORIES