Zakir Həsənov: Vətən müharibəsində Türkiyə istehsalı olan silah və mərmilərdən istifadə edilib

Zakir Həsənov: Vətən müharibəsində Türkiyə istehsalı olan silah və mərmilərdən istifadə edilib

Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Türkiyənin istehsal etdiyi silahlardan, avadanlıqlardan və müasir mərmilərdən də istifadə edib.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla birgə keçirdiyi mətbuat konfransında deyib.

Son illər Türkiyənin hərbi sənayesi çox inkişaf etdiyini deyən Müdafiə naziri Vətən müharibəsində ən müasir “Bayraktar”dan da istifadə edildiyini bildirib.

Zakir Həsənov mətbuat konfransında, həmçinin, Türkiyə generallarının Vətən müharibəsindəki rolundan danışıb: “Bu 44 gün ərzində Türkiyənin hərbi-siyasi rəhbərliyi daima Azərbaycanın yanında idi, ölkəmizə siyasi və mənəvi dəstək göstərdi, bütün xaricdən diplomatik hücumların qarşısını alınmasında böyük dəstək verdi.

Azərbaycan Ordusu Vətən müharibəsində yüksək peşəkarlıq nümayiş etdirdi. Azərbaycan Ordusunun əksər şəxsiyyətinin hazırlığı Türkiyə Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzlərində həyata keçirilirdi. Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən məharətlə bəhrələndik və indi də davam edirik. Yeri gəlmişkən deyim ki, mən özüm çox şeyi hörmətli generallardan və burada əyləşənlərdən öyrənirəm”.

CATEGORIES
TAGS