ZMA-15 insansız zirehli döyüş maşınına çevrilir

ZMA-15 insansız zirehli döyüş maşınına çevrilir

Türkiyənin FNSS şirkətinin istehsalı olan ZMA-15 tipli zirehli döyüş maşınları insansız olacaq.

Bu barədə “AzeriDefence”ə FNSS şirkətindən məlumat verilib.

Bildirilib ki, 2019-cu il dekabrın 31-də ASELSAN ilə Müdafiə Sənaye Komitəsi (SSB) arasında 900 milyon Türk lirəsi dəyərində ZMA-15 modernləşdirmə sazişi imzalanıb. Sonrakı müddətdə ASELSAN əsas podratçı firma FNSS ilə subpodrat sazişi imzalayıb.

Layihə çərçivəsində ZMA maşınları 25 mm çaplı topla silahlandırılmış, ASELSAN şirkətinin istehsalı olan “Nəfər” döyüş modulu, lazer xəbərdarlıq sistemi, yaxın məsafəli müşahidə kompleksi, sürücü bölməsi üçün müasir görmə cihazları, istiqamət müəyyən etmə və naviqasiya sistemləri ilə təchiz olunacaq.

Bundan başqa, ANS-420K taktik səviyyə təyinetmə sistemi sayəsində ZMA-15 insansız idarə ediləcək. İlkin nümunə olaraq bir neçə maşına komanda-kontrol insansız idarəetmə avadanlığı və “Pulat” aktiv müdafiə sistemi inteqrasiya ediləcək.

56d30d9a 86d5 4e5a 92dc 9b4348f15898 e1590667959571

CATEGORIES
TAGS