SOMDA Logotip Rengli2

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən mühafizəsi həyata  keçirilən ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinə qarşı yönəlmiş qanunazidd hərəkətlərin qarşısının alınması çərçivəsində Agentliyin regional idarələri tərəfindən 2023-cü ilin ötən dövrü ərzində aşağıda qeyd olunan qayda pozuntuları aşkar olunaraq müvafiq tədbirlər görülüb.

Bu barədə “Poliqon”a Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

  1. 9 mart 2023-cü il tarixdə saat 16:30 radələrində Ağstafa regional idarəsinin əməkdaşları tərəfindən, Tovuz rayon Əlimərdanlı kənd ərazisində “Bakı Supsa” ixrac boru kəmərinin 390,1-ci km-də, mühafizə zonasından kənarda, 20 nömrəli siyirtmə stansiyasından 150 metr aralı, boru kəmərindən 70-100 metr məsafədə, təqribən 140 metr uzunluğunda, istismardan çıxmış istifadə olunmayan 34 ədəd diametri 500 mm olan azbest boruların ekskavator vasitəsi ilə qazılaraq torpaq üzərinə çıxarılması faktı aşkarlanmış və akt tərtib olunaraq Tovuz rayon polis şöbəsinin əməkdaşlarına təhvil verilmişdir.
  2. 23 aprel saat 11:55 radələrində Sumqayıt regional idarəsinin Mühafizə və müdafiə qrupunun əməkdaşları tərəfindən «Bakı–Novorossiysk» İBK-nin 68,950-ci km-də boru kəmərinin mərkəzi oxundan 100 metr aralıda «Tab-7» aviabombasının arxa pər qalıqlarını (təlim xarakterli) və 1 ədəd 122 mm-lik boş top mərmisi aşkar edilmiş və FHN-nın Xüsusi Riskli Xilasetmə Xidmətinin Minalardan Təmizləmə üzrə çevik qrupuna məlumat verilmişdir.
  3. 20 iyun 2023-cü il tarixdə saat 12:20 radələrində Ağstafa regional idarəsinin əməkdaşları tərəfindən  Tovuz rayon Əlimərdanlı kənd ərazisində CQ 378,2-ci km, BTC-378,709-cu km-də mühafizə zonasından 15 metr aralı məsafədə su arxının kənarında (adsız arx) 116 ədəd 120 millimetrlik minaatanın (GVMZ-1) partlayıcısı, 1 ədəd ZRQ-30 top mərmisi və 2 ədəd 120 millimetrlik minaatanın (M-12) partlayıcısı aşkar edilmiş  və «ANAMA» agentliyinin mütəxəssisləri tərəfindən zərərsizləşdirmək məqsədilə akt tərtib edilərək ərazidən götürülmüşdür.
  4. 30 avqust 2023-cü il tarixdə saat 17:30 radələrində Ağstafa regional idarəsinin əməkdaşları tərəfindən “Bakı Supsa” ixrac boru kəmərinin 390-cı km-nin mühafizə zonasından 500 metr kənarda Tovuz rayon Əlimərdanlı kənd ərazisində 2 ədəd KAT markalı ekskavator, 1 ədəd MAZ markalı yük maşını və 1 ədəd qaldırıcı kran texnikası ilə 7 (yeddi) nəfər şübhəli şəxs saxlanılmışdır. Həmin şəxslər tərəfindən təqribən 40 metr uzunluğunda, istismardan çıxmış istifadə olunmayan 10 ədəd diametri 500 mm uzunluğu 4 metr olan azbest boruların ekskavator vasitəsi ilə qazılaraq torpaq üzə çıxarılması aşkar olunaraq Tovuz rayon polis şöbəsinin əməkdaşlarına təhvil verilmişdir.
  5. 7 sentyabr 2023-cü il tarixdə saat 21.25 radələrində, Yevlax regional idarəsinin  əməkdaşları tərəfindən Yevlax rayon ərazisində Bakı-Supsa ixrac boru kəmərinin 240,4-cü km-də, mühafizə zonasında, xəbərdaredici nişanın yanında salafan torbaya bükülmüş, bağlama vəziyyətində naməlum əşya tapılması barədə regional idarənin əməliyyat növbətçi hissəsinə məlumat verilmiş, Yevlax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş, tapılmış bağlamanın 2,7 kq marixuana bitkisi və metafetamin maddəsi olduğu müəyyən edilmişdir. Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
  6. 10 sentyabr  2023-cü il tarixdə saat 02:55 radələrində Ağstafa regional idarəsinin əməkdaşları tərəfindən Tovuz rayon Aşağı Mülkülü kənd ərazisində “Bakı Supsa” ixrac boru kəmərinin 402-ci km-dən 100 metr aralı və “Bakı Tbilisi Ceyhan” əsas ixrac neft boru kəmərinin 388-ci km-dən 300 metr aralı mühafizə zonasında 2 ədəd ekskavator JVS, 1 ədəd ekskavator KAT-428F, 2 ədəd KamAZ markalı yük maşını və 8 (səkkiz) nəfər şübhəli şəxsin istismardan çıxmış istifadə olunmayan diametri 250 mm, uzunluğu 4 metr olan 30 ədəd sinklənmiş boruların ekskavator vasitəsi ilə qazılaraq  torpaq üzərinə çıxarılması və yük maşınına yüklənməsi faktı aşkar edilmiş və akt tərtib olunaraq Tovuz rayon polis şöbəsinin əməkdaşlarına təhvil verilmişdir. Faktla əlaqədar Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Agentlik tərəfindən bir daha vətəndaşlardan ixrac neft və qaz boru kəmərlərinin mühafizə zonalarına qanunsuz daxil olmamaları və qanunazidd hərəkətlərdən çəkinmələri xahiş olunur.

CATEGORIES