122 mm-lik artilleriya mərmilərinin növbəti partiyası Ukrayna Ordusuna çatdırılıb

122 mm-lik artilleriya mərmilərinin növbəti partiyası Ukrayna Ordusuna çatdırılıb

“Ukrainian Armored Technology” şikəti 122 mm-lik artilleriya mərmilərinin növbəti partiyasını Ukrayna Ordusuna çatdırıb.

“Poliqon” “Ukrainian Armored Technology”ə istinadən xəbər verir ki, sözügedən mərmilər adı açıqlanmayan NATO ölkəsinin sursat holdinqlərindən biri ilə birgə istehsal edilib.

Çatdırılma ilə bağlı fikirlərini bölüşən “Ukrainian Armored Technology”nin baş direktoru Vladislav Belbas bildirib ki, hazırda artilleriya sursatlarının istehsalı və tədarükü şirkət üçün prioritet məsələdir: “Şirkətimiz artilleriya sursatlarının aylıq istehsal həcminin artırılması üzərində işləyir. Yaxın gələcəkdə biz 122 mm-lik mərmilərin istehsal sayını artırmağı planlaşdırırıq”.

Qeyd edək ki, bu mərmilər Ukrayna Ordusunun silahlanmasında yer alan D-30 yedəyə alınan haubitsaları və 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğuları (ÖAQ) tərəfindən istifadə olunacaq.

CATEGORIES