2024-cü il üçün dünyanın ən böyük 100 müdafiə sənayesi şirkətinin siyahısı açıqlanıb

2024-cü il üçün dünyanın ən böyük 100 müdafiə sənayesi şirkətinin siyahısı açıqlanıb

ABŞ-ın “Defense News” jurnalı 2024-cü il üçün dünyanın ən böyük 100 müdafiə sənayesi şirkəti (Defense News Top 100) siyahısını açıqlayıb.

“Poliqon” xəbər verir ki, siyahıda Türkiyənin 5 şirkəti – ASELSAN, TUSAŞ, ROKETSAN, “Makine ve Kimya Endüstrisi” (MKE) və ASFAT yer alıb.

Siyahıya görə, ötən il 47-ci pillədə qərarlaşan ASELSAN 42-ci, 58-ci pillədə qərarlaşan TUSAŞ 50-ci, 80-ci pillədə qərarlaşan ROKETSAN 71-ci və 100-cü pillədə qərarlaşan ASFAT 94-cü yerə yüksəlib. Siyahıya ilk dəfə daxil olan MKE isə 84-cü sırada qərarlaşıb.

“Defense News Top 100 for 2024” siyahısı üzrə ilk onluq belədir:

  1. “Lockheed Martin” – ABŞ;
  2. “Aviation Industry Corporation of China” – Çin
  3. RTX – ABŞ;
  4. “Northrop Grumman” – ABŞ;
  5. “General Dynamics” – ABŞ;
  6. “Boeing” – ABŞ;
  7. “BAE Systems” – Böyük Britaniya;
  8. “China State Shipbuilding Corporation Limited” – Çin;
  9. “China North Industries Group Corporation Limited” – Çin;
  10. “L3Harris Technologies” – ABŞ.

Dünyanın digər öndə gələn müdafiə sənayesi şirkətlərinin mövqeləri aşağıdakı kimidir:

11. “China Electronics Technology Group” – Çin;
12. “China South Industries Group Corporation” – Çin;
13. “Airbus” – Niderland/Fransa;
14. “Leonardo” – İtaliya;
16. “Thales” – Fransa;
19. “Hanwha Aerospace” – Cənubi Koreya;
20. “Rheinmetall” – Almaniya;
22. “Elbit Systems” – İsrail;
27. “Naval Group” – Fransa;
28. “Israel Aerospace Industries” (IAI) – İsrail;
29. “Saab” – İsveç;
33. “Rafael Advanced Defense Systems Ltd.” (RAFAEL) – İsrail;
36. KNDS – Niderland;
38. “Dassault Aviation” – Fransa;
49. “Ukrainian Defense Industry” – Ukrayna.

CATEGORIES
TAGS