74-cü Beynəlxalq Astronavtika Konqresi başa çatıb

74-cü Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronatika Konqresinin (IAC) bağlanış mərasimi baş tutub.

“Poliqon” xəbər verir ki, mərasimdə çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (Azərkosmos) İdarə Heyətinin sədri Saməddin Əsədov qonaqlara və sponsorlara təşəkkür edib.

O, iştirakçı ölkələrin və astronavtların, həmçinin alimlərin Konqresə çox böyük dəstək verdiyini qeyd edib.

Bağlanış mərasimində həmçinin Konqresin açılış mərasimi, digər günləri və İlon Maskın (Elon Musk) müsahibəsindən ibarət videoçarx nümayiş olunub. Daha sonra isə mükafatlandırma mərasimi keçirilib.

CATEGORIES