
İsrail “Kela David” adlı yeni raket əleyhinə sistemin sınaqlarını yekunlaşdırıb.
“AzeriDefence”nin məlumatına görə, bu barədə xəbəri İsrail Müdafiə Nazirliyi yayıb.
Məlumatda bildirilib ki, sınaqlar uğurla başa çatıb və 2016-cı ildən silahlanmaya qəbul olunması nəzərdə tutulub. Bu sistem orduda mərhələli şəkildə “Hawk и Patriot” zenit-raket kompleksini əvəzləyəcək.
Raketin ilk sınaqları 2012-ci ilin noyabrında həyata keçirilib.
“Kela David” sistemi ballestik-taktik raketlərlə mübarizə aparmaq məqsədilə yaradılıb. Raket 40-300 km məsafədə hədəfi məhv edə bilir.



