Rumıniya ABŞ-dan 32 ədəd F-35 almaq istəyir
Rumıniya Milli Müdafiə Nazirliyi 32 ədəd F-35 “Lightning II” döyüş təyyarəsinin satın alınması üçün təsdiq tələbini parlamentə təqdim edib.
“Poliqon” xəbər verir ki, bunu Rumıniyanın milli müdafiə naziri Angel Tilvar “Antena 3 CNN” telekanalına müsahibəsi zamanı deyib.
O bildirib ki, təsdiq üçün Rumıniya parlamentinə göndərilən satınalmanın ümumi dəyəri təxminən 6.5 milyard ABŞ dollarıdır.
Nazirin sözlərinə görə, ölkə parlamenti F-35-lərin alınmasına icazə verdikdən sonra sifarişin təsdiqlənməsi üçün müvafiq məktub ABŞ tərəfinə göndəriləcək: “Əgər ABŞ-a göndərilən qəbul məktubu 2024-cü ildə imzalansa, yəqin ki, 2032-ci ildə ilk F-35-lərə sahib olacağıq”.
TAGS F-35